Azərbaycan alimləri ermənilərin soyqırıma uğramadığını sübuta hazırlaşır
Tarix: 28-04-2015, 12:28 | Çap et
Azərbaycan alimləri ermənilərin soyqırıma uğramadığını sübuta hazırlaşır
Azərbaycan alimləri Türkiyə və Rusiyanın arxivlərində ermənilər tərəfindən törədilən qırğınlar və ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycana köçürülməsi istiqamətində araşdırmalar aparacaqlar.

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondundan Trend-ə verilən məlumata görə, bu araşdırmalar Fondun “Qarabağ tədqiqatları” üzrə 7-ci “Mobillik qrantı” müsabiqəsinin nəticəsinə əsasən aparılacaq.

“Qarabağ tədqiqatları” üzrə 7-ci xüsusi “Mobillik qrantı” müsabiqəsində 10 min manatadək qrantların verilməsi yolu ilə alimlərin xarici ölkələrin arxivlərində işləmək üçün icra müddəti bir ayadək olan layihələrin maliyyələşdirilməsi nəzərdə tutulur.

Müsabiqənin 6 qalib layihəsi üzrə AMEA-nın Şərqşünaslıq, Tarix və Folklor institutlarından, həmçinin Bakı Dövlət Universitetindən olan təcrübəli alimlər Türkiyə və Rusiyanın arxivlərində “1905-1920-ci illərdə Qarabağda ermənilər tərəfindən törədilən qırğınlar Osmanlı arxiv sənədlərində”, “1829-1830-cu illərdə ermənilərin Osmanlı imperiyasından Şimali Azərbaycan torpaqlarına köçürülməsi”, “Qarabağ komendantı (Xan qızı Xurşudbanu Natəvanın həyat yoldaşı) general Usmiyevin Qarabağdakı fəaliyyətinin Dağıstanda araşdırılması”, “Erməni soyqırımı: sənədlər və faktlar”, “Birinci Dünya müharibəsi illərində Rusiya-erməni əlaqələri və Qarabağda erməni terroru”, “Birinci Dünya müharibəsi illərində ermənilərin Şərqi Anadoluda və Qarabağda törətdikləri qətliamlar arasında təşkilati əlaqəyə dair" mövzuları üzrə araşdırmalar aparacaqlar.

Layihə üzrə nəticələrin təqdimatı keçiriləcək, eyni zamanda, kitabların nəşri planlaşdırılıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net