İri marketlərdən daha biri cəzalandırıldı- Sumqayıtda
Tarix: 11-03-2015, 17:46 | Çap et
İri marketlərdən daha biri cəzalandırıldı- Sumqayıtda
İqtisadiyyat və Sənaye Nazirliyi istehlak bazarına nəzarət tədbirləri paytaxt Bakı ilə yanaşı, ölkə regionlarında da davam etdirilir.

Qurumun İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, nazirlik yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin tərəfindən Sumqayıt şəhəri, Koroğlu küçəsində Dağbəy İsmayılova məxsus "Elmar" marketdə, eləcə də Zaqatala şəhəri, F. Əmirov küçəsində "Siqma LTD" MMC-yə məxsus "Gross" marketdə aparılan yoxlamalar zamanı malların nəzarət kassa aparatının yaddaşında olan qiymətlərinin yarlıqdakı qiymətlərdən artıq olmaqla istehlakçıların qiymətdə aldadıldığı aşkar olunub.

Qanun pozuntusuna yol vermiş şəxslər barədə müvafiq tədbirlər görülüb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
24-11-2024 15:38
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net