“Artıq jurnalistika ixtisası üzrə nəticələr yoxlanılıb. Yaxın zamanlarda nəticələr açıqlanacaq”.
“Report” xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.
O bildirib ki, bu ixtisas üzrə imtahanda iştirak edən 900 nəfərdən 648-i məqbul qiymət alıb: “Amma yəqin ki apelyasiya da olacaq”.