Gürcüstandan təxliyə edilən daha 350 nəfər Tbilisidə Azərbaycanın Gürcüstandakı səfirliyinin binasının qarşısından xüsusi ayrılmış 6 avtobusla "Sınıq körpü" sərhəd-keçid məntəqəsinə yola salınıb.
APA-nın yerli bürosu xəbər verir ki, təxliyə edilənlərdən 97-si Azərbaycan, 240-ı Gürcüstan, 6-sı Rusiya, 2-si Qazaxıstan, 1-i Türkiyə, 3-ü Ukrayna və 1-i Pakistan vətəndaşıdır.
Həmin şəxslər ötən gün Marneulidəki klinikalardan birində COVID-19 testi veriblər və onların hər birində analiz cavabı neqativ olub. Təxliyə edilənləri Azərbaycanın Gürcüstandakı səfirliyinin əməkdaşları müşayiət edir.
Qeyd edək ki, pandemiya dövründə Azərbaycanın Gürcüstandakı səfirliyi tərəfindən Gürcüstandan 2500-dən çox azərbaycanlının təxliyəsi həyata keçirilib.