Tanınmış tibb işçisi yol qəzasında öldü
Tarix: 11-03-2015, 17:44 | Çap et
Tanınmış tibb işçisi yol qəzasında öldü
Ötən gecə Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində tanınmış tibb işçisi, Bakıdakı N.Tusi adına klinikanın direktor müavini Xalid Umudov dünyasını dəyişib. X.Umudovun olduğu avtomobil Badamdar şosesindən Mikayıl Müşfiq küçəsinə doğru hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə avtomobil işıq dirəyinə çırpılıb. Qəza zamanı arxa oturacaqda olan Xalid Umudov deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.
Onun xilas edilməsi üçün hadisə yerinə Fövqəladə Hallar Nazirliyi Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb edilib. Onlar xüsusi alət və avadanlıqların köməkliyi ilə yaralını avtomobildən çıxarıb, xəstəxanaya aparıblar. Lakin onu xilas etmək mümkün olmayıb. Məlum olub ki, onun qaraciyəri həddən artıq sıxıldığından parçalanıb və X.Umudov təcili yardım maşınında keçinib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net