Abdolbari Goozal Azərbaycan hakimiyyətinə meydan oxuyur?
Tarix: 11-03-2015, 17:17 |
Çap et
Azərbaycanda fəaliyyət göstərən əsas qida istehsalçılarından biri qiymətlərin artacağını elan edib.
ANS TV-nin məlumatına görə, şirkətin rəhbəri Bakıda keçirilən 3-cü Beynəlxalq Xəzər Enerji Forumunda çıxışı zamanı deyib ki, qurum manatın devalivasiyasından müəyyən qədər ziyan çəkir.
İstehsalın yalnız qablaşdırması və müəyyən xammal xaricdən gətirildiyinə görə, təxminən 17% qiymət artımı ola bilər.
Bu çətin vəziyyətdə istehsalçıların dövlətdən gözləntiləri var. İş adamları çətin dövrdə hökumətdən əlavə dəstək istəyir.
Qida şirkətinin rəhbəri Abdulbari Gözəl bildirdi ki, Azərbaycanda işçi işlətmək və bəzi vergilər çox ağırdır. Bu zaman insanlar vergidən qaçmağın yollarını axtarır.
Forumun moderatorluğunu edən Milli Məclisin vitse-spikeri Valeh Ələsgərov isə dövlətin iş adamlarına kifayət qədər dəstək verdiyini, həm aqrar sahənin, həm də sənayenin inkişafı üçün layihələr icra etdiyini bildirdi.
Forumda iş adamlarının sualları da cavablandırıldı. Ümumilikdə beynəlxalq tədbirə dünyanın 17 ölkəsindən 300-ə yaxın nümayəndə qatılıb.