“Lukoyl- Azərbaycan” QSC karantin qaydaları pozub
Tarix: 9-09-2020, 12:32 | Çap et
“Lukoyl- Azərbaycan” QSC karantin qaydaları pozub

Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən “Lukoyl- Azərbaycan” QSC barəsində karantin qaydalarına nəzarət etmədiyinə görə inzibati protokol tərtib edilib.

APA-nın məlumatına görə, polis əməkdaşları mağaza barəsində İnzibati Xətalar Məcəlləsinin 211.2-ci (Epidemiya əleyhinə rejim, sanitariya-gigiyena və karantin rejimləri dövründə fərdi qoruyucu vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına, habelə vəzifəli şəxslər və hüquqi şəxslər tərəfindən həmin tələblərin pozulmasının qarşısının alınmamasına görə) maddəsinə əsasən yazılan protokol tərtib edib.

Protokola Nərimanov rayon Məhkəməsində baxılacaq.

Məhkəmə protokul təmin etsə, şirkət 400 manat cərimə ediləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net