Ümumi təhsil müəssisələrində Kiçik Summativ Qiymətləndirmələrin (KSQ) sayı azaldıla bilər.
APA-nın xəbərinə görə, bu barədə Təhsil Nazirliyinin şöbə müdiri Vəfa Yaqublu bildirib.
Onun sözlərinə görə, yeni tədris ilində KSQ-lərin sayının azaldılması nəzərdə tutulur.
Nazirlik rəsmisi KSQ və Böyük Summativ Qiymətləndirmələrin (BSQ) hansı halda onlayn keçirilə bilməsinə də aydınlıq gətirib: “KSQ və BSQ-lər o halda onlayn keçirilə bilər ki, biz ümumilikdə narıncı zonaya keçək və məktəblər bağlansın”.