Navalnı komadan çıxarılıb
Tarix: 7-09-2020, 17:29 | Çap et
Navalnı komadan çıxarılıb

Rusiyanın müxalifət lideri Aleksey Navalnının səhhəti xeyli yaxşılaşıb.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə "Charite" klinikasının həkimləri deyib.

Bildirilib ki, Navalnı tədricən süni komadan çıxarılıb və ətrafdakıların müraciətlərinə reaksiya göstərməyə başlayıb.

Həkimlər hadisənin Navalnının sağlamlığı üçün uzunmüddətli nəticələrini də istisna etmir.

Xatırladaq ki, Rusiya müxalifətinin liderlərindən biri, "Gələcəyin Rusiyası" partiyasının sədri Aleksey Navalnı avqustun 20-də təyyarə ilə Tomskdan Moskvaya uçarkən qəfildən halı pisləşib və təyyarə Omskda təcili eniş edib. O, zəhərlənmə şübhəsi ilə Omskda xəstəxanaya yerləşdirildikdən bir neçə gün sonra Berlinin "Charite" klinikasına aparılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net