Etiraz aksiyası ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədi bağlanıb
Tarix: 11-03-2015, 17:15 | Çap et
Etiraz aksiyası ilə əlaqədar Gürcüstan-Azərbaycan sərhədi bağlanıb
Martın 11-də Gürcüstan-Azərbaycan sərhədində nəzarət-buraxılış məntəqəsinə keçid yolu Azərbaycanın “Avro-4” standartlarına cavab verməyən maşınların girişinə məhdudiyyətlər tətbiq etməsinə qarşı etiraz edənlər tərəfindən bağlanıb, xəbəri “Pirveli radio” yayıb.

Qax (Azərbaycan) şəhərində yaşayan gürcülər və Gürcüstanın Laqodexi şəhərinin sakinləri “Laqodexi” NBM ərazisində yolu bağlayaraq, Azərbaycandan 2005-ci ilə qədər buraxılmış avtomaşınları buraxmayıblar.

“Bizi “Avro-4” standartına uyğun olmayan avtomobillərlə Azərbayana buraxmırlar. Amma hətta elə hallar olub ki, 2008-ci il buraxışlı avtomobilləri buraxmayıblar. Niyə biz belə köhnə avtomobilləri buraxırıq”, deyə aksiya iştirakçılarından biri Ziqmund Zurabaşvili bildirib.

Mitinq iştirakçıları Gürcüstan hökumətindən bu məsələni həll etməyi xahiş ediblər. Patrul polisi NBM-də gərginliyi azaltmağa müvəffəq olub. Hazırda yol açılıb.

Azərbaycan 2014-cü il aprelin 1-dən idxal edilən və ya ölkədə istehsal edilən avtomobillər üçün “Avro-4” ekoloji standartına (zərərli maddələrin atılması üzrə) keçib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net