"Azercell" ötən il 130 milyon manat xalis mənfəət əldə edib
Tarix: 27-04-2015, 11:37 |
Çap et
Ötən il «AzercellTelecom» MMC-nin gəlirləri 433,29 mln manat (mənfi 5,5%), xərcləri 274,831 mln manat (mənfi 10,3%) olub.
“Azercell Telekom” MMC 2014-cü ili 128 milyon 558 min manat xalis mənfəət ilə başa vurub.
Əməliyyat mənfəəti 158,45 mln manat, mənfəət vergisi 32,59 mln manat (mənfi 3,6%) təşkil edib.
Aktivlər 716,762 mln manata (+ 21,7%) çatıb. Bu, əsasən qısamüddətli aktivlərin 3 dəfə - 224,595 mln manatadək, uzunmüddətli aktivlər 492,17 mln manatadək azalıb.
Öhdəliklər 74,2 mln manatadək azalıb, xüsusi kapital 25% artaraq 642,56 mln manat olub.
Nizamnamə kapitalı 42,08 mln manatdır.
«AzercellTelekom» 1996-cı ildə yaradılıb. Bazarda payı 53%, abunəçi sayı 4,5 mln-dur.