Ana Sayfa > Xəbər > "Azercell" ötən il 130 milyon manat xalis mənfəət əldə edib
"Azercell" ötən il 130 milyon manat xalis mənfəət əldə edib27-04-2015, 11:37. Yazar: admin |
Ötən il «AzercellTelecom» MMC-nin gəlirləri 433,29 mln manat (mənfi 5,5%), xərcləri 274,831 mln manat (mənfi 10,3%) olub. “Azercell Telekom” MMC 2014-cü ili 128 milyon 558 min manat xalis mənfəət ilə başa vurub. Əməliyyat mənfəəti 158,45 mln manat, mənfəət vergisi 32,59 mln manat (mənfi 3,6%) təşkil edib. Aktivlər 716,762 mln manata (+ 21,7%) çatıb. Bu, əsasən qısamüddətli aktivlərin 3 dəfə - 224,595 mln manatadək, uzunmüddətli aktivlər 492,17 mln manatadək azalıb. Öhdəliklər 74,2 mln manatadək azalıb, xüsusi kapital 25% artaraq 642,56 mln manat olub. Nizamnamə kapitalı 42,08 mln manatdır. «AzercellTelekom» 1996-cı ildə yaradılıb. Bazarda payı 53%, abunəçi sayı 4,5 mln-dur. Geri dön |