Bakıda saxta pul çap edənlər saxlanılıb
Tarix: 26-08-2020, 09:55 | Çap et
Bakıda saxta pul çap edənlər saxlanılıb
Bakıda saxta pul dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb.

APA-nın məlumatına görə, polisə avqustun 21-də Yasamal rayon ərazisində B. Məcidov küçəsində yerləşən mağazadan telefon almaq üçün 5 ədəd 50 manatlıq saxta əsginas, avqustun 23-də Nəsimi rayonu 20 Yanvar küçəsində dönər evindən 1 ədəd 50 manat saxta əsginas verilməsi ilə bağlı məlumat daxil olub.

Bakı şəhər Baş Polis İdarəsinin Cinayət Axtarış Şöbəsi tərəfindən keçirilən təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxta əsginas dövriyyə buraxmaqda şübhəli bilinən Yasamal rayon ərazisində kirayə yaşayanlar 1992-ci il təvəllüdlü Xaləddin Məmmədov və pulları hazırlayan əvvəllər məhkum olunan, 1991-ci il təvəllüdlü Rəşad Hacıyev saxlanılıb.

Onların yaşadığı mənzildən saxta pul hazırlayan çap vasitələri və X. Məmmədovdan 8 ədəd saxta 50 manatlıq əsginaslar götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net