"Həkimlər Aleksey Navalnını müalicə üçün xaricə aparmağa icazə verib".
APA-nın “RİA Novosti” yə istinadən verdiyi xəbərə görə, bu barədə Omsk şəhərinin 1 nömrəli Təcili Yardım Xəstəxanasının Baş həkiminin müavini Anatoli Kaliniçenko açıqlama verib.
O, alman həkimlərindən ibarət qrupun Omska gəldiyini və Navalnının səhhətilə bağlı məsləhətləşmələrin aparıldığını bildirib: “Xarici mütəxəssislər xəstənin nəql oluna biləcəyini və Berlinə aparacaqlarına zəmanət verdiklərini düşünürlər. Eyni zamanda, onun səhhətində müsbət dinamika müşahidə edilir, "kritik vəziyyətin səviyyəsi azalır”.
A.Kaliniçenko, həmçinin, vurğulayıb ki, Omsk xəstəxanası xəstəni qəbul edən tərəfdən müvafiq sənədlərini göndərilməsini gözləyir.
O əlavə edib ki, alman həkimlər xəstənin vəziyyətinin pisləşmə riskini nəzərə alaraq, təcili daşınmaya ehtiyacın olmaması ilə bağlı razılaşıblar.
Qeyd edək ki, bu gün səhər saatlarında Navalnını "Charite" Berlin klinikasına çatdırmaq üçün Almaniyadan Omska bir xüsusi tibbi heyət gəlib.
Omsk Hava Limanının informasiya xidmətinin verdiyi məlumata görə, uçuş avqustun 22-i səhər saatlarına planlaşdırılıb.
Xatırladaq ki, ötən gün Tomskdan Moskvaya təyyarə ilə uçuş zamanı özünü pis hiss edib, təyyarə Omska təcili eniş edib. Müxalifət lideri huşsuz vəziyyətdə toksiki zəhərlənmə ilə xəstəxananın reanimasiya şöbəsinə yerləşdirilib. Daha sonra A.Navalnının komaya düşdüyü və süni nəfəs aparatına qoşulduğu bildirilib.