Ceyhun Bayramov: “Hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyirik”
Tarix: 11-08-2020, 13:41 | Çap et
Ceyhun Bayramov: “Hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyirik”

“Qardaş Türkiyə hər zaman Azərbaycanın beynəlxalq hüquqa əsaslanan mövqeyini dəstəkləyir”.

APA-nın xəbərinə görə, bunu Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə birgə keçirdiyi mətbuat konfransında deyib.

“12 iyul tarixində Ermənistanın Azərbaycanla sərhəddə, Tovuz rayonu ərazisində törətdiyi növbəti hərbi təxribat həyata keçirilərkən bunun şahidi olduq. Fürsətdən istifadə edib öz adımdan, Azərbaycan dövləti və xalqı adından təşəkkürümü bildirirəm. Azərbaycan da hər zaman bütün məsələlərdə Türkiyənin haqq işini dəstəkləyir. Bizim birliyimiz əbədidir”, - deyə C. Bayramov vurğulayıb.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net