Ərdoğan: “Ermənistanın hücumları zamanı azərbaycanlı qardaşlarımızı yalnız buraxmadıq”
Tarix: 21-07-2020, 15:46 | Çap et
Ərdoğan: “Ermənistanın hücumları zamanı azərbaycanlı qardaşlarımızı yalnız buraxmadıq”

“İstər Liviyada, istərsə də azərbaycanlı qardaşlarımıza qarşı edilən hücumlar zamanı heç vaxt məzlumları yalnız buraxmadıq və buraxmayacağıq”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“Ermənistanın hücumları zamanı məzlumları heç vaxt yalnız buraxmadıq”, - deyə Türkiyə Prezidenti vurğulayıb.

Ərdoğan Türkiyənin təsir dairəsi olan hər yerdə ədalətin, sülhün və sabitliyin bərqərar olması üçün var gücü ilə mübarizə aparacağını da qeyd edib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net