NATO Baş katibinin xüsusi nümayəndəsi həmsədrləri bütün lazımı tədbirləri görməyə çağırıb
“Biz Ermənistan-Azərbaycan sərhədində ağır silahlardan istifadə edilməsi və insan tələfatı ilə nəticələnən hadisələri narahatlıqla izləyirik”.APA-nın məlumatına görə, bunu NATO Baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə xüsusi nümayəndəsi Ceyms Appaturay özünün “Facebook” hesabındakı yazıb.
O, ATƏT-in Minsk Qrupu həmsədrlərini gərginliyin daha da böyüməsinin qarşısını almaq üçün bütün lazımı tədbirləri görməyə çağırıb.