Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı
Tarix: 9-07-2020, 16:04 | Çap et
Mərkəzi Gömrük Hospitalı Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yaydı

Mərkəzi Gömrük Hospitalı orada müalicə alan Cavid Paşayevin səhhəti ilə bağlı məlumat yayıb.

Son günlər Cavid Paşayevin səhhəti ilə bağlı sosial şəbəkələrdə müxtəlif suallar verilir və cürbəcür şayiələr yayılır. Mərkəzi Gömrük Hospitalının mətbuat xidməti rəsmi olaraq bildirir ki, koronavirusa yoluxmuş ATU-nun Tədris Cərrahiyyə Klinikasının anesteziologiya və reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin müalicəsi 8 iyul tarixindən Mərkəzi Gömrük Hospitalının reanimasiyası şöbəsində davam etdirilir.
Cavid Paşayevin vəziyyətində son günlər mənfi dinamika qeyd olunduğundan o, ATU-nun rektoru Gəray Gəraybəyli ilə Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov arasında aparılan danışıqlar əsasında ATU-nun Tədris Cərrahiyyə Klinikasından Mərkəzi Gömrük Hospitalının reanimasiya şöbəsinə transfer edilmişdir.
Hal-hazırda Cavid Paşayevin ümumi vəziyyəti stabil ağır olaraq qalır. Tənəffüsü CPAP rejimində süni ventilyasiya aparatı vasitəsi ilə təmin olunur. Saturasiya - 90%. Ağ ciyərlərin 50-70% iki tərəfli viruslu pnevmoniya nəticəsində zədələnməsini nəzərə alaraq intubasiya olunması ehtimalı var. Bu gündən etibarən Favipiravir preparatı ilə spesifik antiviral müalicə kursuna başlanılıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net