Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir
Tarix: 1-07-2020, 15:48 | Çap et
Təhsil Nazirliyi 34 gənci xaricdə doktorantura təhsilinə göndərir
“Xaricdə doktorantura təhsili üçün birinci mərhələdə 67 namizəd sənəd verib və onlardan 45 nəfəri müsahibə mərhələsinə buraxılıb”.

Musavat.com-un xəbərinə görə, bunu Təhsil Nazirliyinin Xaricdə təhsil və əcnəbi tələbələrlə iş sektorunun müdiri, “2019-2023 Dövlət Proqramı”nın İdarəetmə Qrupunun rəhbəri səlahiyyətlərini müvəqqəti icra edən Müjdat Həsənov deyib.

O qeyd edib ki, 8 nəfər müsahibədən mənfi cavab alıb: “2 nəfər isə müsbət cavab alsa da, imtina edib. 34 nəfər yekunda qəbul olunub. Onlar da ən çox Türkiyəni seçib. Əsas təbiət ixtisasları üzrə (26%) tətqiqat sahəsinə görə müraciət olub”.

M.Həsənov əlavə edib ki, 9 yerli ali təhsil müəssisəsi də bu prosesdə iştiraka qoşulub: “Onlar da qarşılıqlı şəkildə xarici təhsil ocaqları ilə əməkdaşlıq edəcəklər”.

Musavat.com




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net