Prezidentin köməkçisi: "Digər istiqamətlər üzrə çarter reyslərinin təşkili nəzərdən keçirilir"
“Artıq Bakı-İstanbul-Bakı istiqaməti üzrə çarter uçuşları həyata keçirilir”.
“Report” xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində çıxışı zamanı deyib.
O bildirib ki, digər istiqamətlər üzrə isə çarter reyslərinin təşkil edilməsi nəzərdən keçirilir:
“Bu gün 250 nəfərə yaxın Azərbaycan vətəndaşı Rusiya ərazisindən quru sərhədini keçib”.