“Azərsu" ASC-yə məxsus boruları oğurlamaq istəyənlər tutuldu
Tarix: 30-06-2020, 10:09 | Çap et
“Azərsu" ASC-yə məxsus boruları oğurlamaq istəyənlər tutuldu

Bakıda oğurluğa cəhd edilib.

“Report”un xəbərinə görə, hadisə iyunun 28-i gecə saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Qəmbər Orucov “KamAZ” markalı yük maşını ilə, 1984-cü il təvəllüdlü Naməddin Abdullayev isə “Mercedes” markalı avtomobili ilə “Azərsu" ASC-yə məxsus işlək olmayan 75 m uzunluğunda, 800 mm-lik dəmir borularını oğurlayarkən Daxili İşlər Nazirliyinin Əlahiddə Çevik Polis Alayı əməkdaşları tərəfindən saxlanılıblar.

Həmin şəxslər Sabunçu Rayon Polis İdarəsinə (RPİ) təhvil verilib.

Faktla bağlı Sabunçu RPİ-də Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net