"Sui-istifadə hallarına yol verildiyi üçün SMS-icazə sisteminə limit qoyulub".
Musavat.com xəbər verir ki, bu fikri "Asan Xidmət”in mətbuat katibi Elnur Niftəliyev deyib. O, bildirib ki, vətəndaşlara dəfələrlə müraciət olunmasına baxmayaraq SMS icazə sistemindən sui-istifadə halları davam edib:
"Bu səbəbdən də SMS-icazəyə limit qoyulub və yalnız gündə bir dəfə SMS icazə sistemilə icazə almaq mümkündür",-deyə E. Niftəliyev bildirib.