ÜST koronavirusla mübarizə üçün 31 milyard dollar ayrılmasını istəyir
Tarix: 26-06-2020, 18:04 | Çap et
ÜST koronavirusla mübarizə üçün 31 milyard dollar ayrılmasını istəyir

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) təşəbbüsü ilə “ACT-Accelerator” beynəlxalq tərəfdaşlığı çərçivəsində koronavirusla mübarizə üçün vaksinlərin, diaqnostika və müalicə vasitələrinin işlənib hazırlanmasına 12 ay ərzində 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ÜST-nin Cenevrədəki qərargahından bildirilib.

Aprel ayında başlanan bu təşəbbüs çərçivəsində adambaşına düşən gəlirləri aşağı və orta olan ölkələrə 2021-ci ilin ortalarına qədər 500 milyon diaqnostik test və 245 milyon dəst müalicə vasitələrinin göndərilməsi planlaşdırılır. Bundan əlavə, bu dövlətlərə hazırda hazırlanmaqda olan koronavirusa qarşı vaksindən 2 milyard doza verilməsi, o cümlədən bu sayın yarısının gələn ilin ortalarına qədər göndərilməsi planlaşdırılır.

ÜST-dən bildiriblər ki, bütün bu məsələləri həll etmək 31,3 milyard ABŞ dolları həcmində sərmayə tələb olunur: “Artıq 3,4 milyard ABŞ dollar vəd edilib. Beləliklə, təcili ehtiyacları ödəmək üçün 13,7 milyard ABŞ dolları da daxil olmaqla, 27,9 milyard əlavə vəsait tələb olunur”, - qurumdan bildirilib.






Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net