Gürcüstanın azərbaycanlılar yaşayan kəndində karantin rejiminin ləğvi gözlənilir
Gürcüstanın Bolnisi rayonunda azərbaycanlıların yaşadğı Muşevani (Dəllər) kəndində sərt karantin rejiminin aradan götürülməsi üzrə hazırlıq işlərinə başlanılıb.
“Report”un yerli bürosu xəbər verir ki, bu barədə rayon bələdiyyəsindən bildirilib.
Bu gün kənddə 50 nəfərdən COVID-19-la bağlı test nümunələri götürülüb. Nəticələrin sabah məlum olacağı gözlənilir.
Bələdiyyədən qeyd olunub ki, Muşevanidə xüsusi rejimin ləğvi nəticələrdən asılı olacaq.
Qeyd edək ki, aprelin 25-dən sərt karantin rejiminin tətbiq olunduğu kənddə indiyədək koronavirusa 80 yoluxma faktı təsdiqlənib.