Elmar Məmmədyarov: “İƏT-də birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir”
Tarix: 22-06-2020, 18:10 | Çap et
Elmar Məmmədyarov: “İƏT-də birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir”

“COVID-19 pandemiyasının çətin şərtlərində beynəlxalq birlik bundan sonra təcavüz və işğalın nəticələrini daha da möhkəmləndirmək məqsədilə beynəlxalq münasibətlərin hazırkı vəziyyətindən istifadə etmək istəyənlərin səylərinə qarşı durmaqda xüsusi hazır olmalıdır”.

XİN-dən APA-ya verilən məlumata görə, bunu Azərbaycanın Xarici İşlər naziri Elmar Məmmədyarov İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Əlaqə Qrupunun Cammu və Kəşmir üzrə virtual görüşündə çıxışı zamanı deyib.

“Bu baxımdan İƏT çərçivəsində birlik və birgə fəaliyyət həmrəyliyimizin möhkəmləndirilməsində çox vacibdir və bununla da pandemiya nəticəsində vurulan ciddi zərərin azaldılmasında və beynəlxalq sülhün və təhlükəsizliyin qorunmasında birgə gücümüzü artırır”, - deyə E. Məmmədyarov vurğulayıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net