“Ötən dövrdən fərqli olaraq, bu dəfə yaxın qohumların dəfninə qatılmaqla bağlı icazə yoxdur”.
Oxu.Az-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN xidmət”) sədri Ülvi Mehdiyev deyib.
O bildirib ki, bununla bağlı vətəndaşlar Daxili İşlər Nazirliyinin çağrı mərkəzinə zəng etməklə icazə ala bilərlər.