Neftin qiyməti 42 dolları keçdi
Tarix: 19-06-2020, 09:29 |
Çap et
Dünya bazarında “Brent” markalı neftin qiyməti bahalaşıb.
Bu barədə “İzvestiya” xəbər yayıb.
Avqust ayı üçün “Brent” markalı neftin fyuçersləri bir barel üçün 1,3% bahalaşaraq, 42,05 dollar təşkil edib.
İyul ayı üçün WTI markalı neftin fyuçersləri 0,67% bahalaşıb və bir bareli 39,31 dollar olub.