Azərbaycana tütün məmulatlarının idxalı 19% azalıb Azərbaycana tütün məmulatlarının idxalı 19% azalıb
Bu ilin yanvar-may ayları ərzində Azərbaycana idxal olunan tütün və tütün məmulatlarının dəyəri ötən ilin müvafiq dövrünün göstəricisinə nisbətən azalıb.
Dövlət Gömrük Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, hesabat dövründə ölkəyə dəyəri 32 442,76 min ABŞ dolları dəyərində tütün və tütün məmulatları idxal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 7 502,48 min dollar və ya 18,8% azdır.
Qeyd edək ki, bu ilin ilk beş ayında tütün və tütün məmulatlarının idxalı Azərbaycanın ümumi idxalının 0,78%-nə bərabər olub.