Bu ilin yanvar-may aylarında Azərbaycan 1 038 426,88 min ABŞ dolları dəyərində 5 461 155,75 min kubmetr təbii qaz ixrac edib.
"APA-Economics"in Dövlət Gömrük Komitəsinin dərc etdiyi hesabat əsasında apardığı hesablamalarına görə, bu ilin beş ayı ərzində Azərbaycanın ixrac etdiyi təbii qazın dəyəri 2019-cu ilin müvafiq dövrünün göstəricisi ilə müqayisədə 19,14%, həcmi isə 11,38% çoxdur.
Xatırladaq ki, ötən il Azərbaycan 2 366 833,7 min ABŞ dolları dəyərində (57,9% artım) 12 537 405,17 min kubmetr (58,7% artım) təbii qaz ixrac edib.