Baş Prokurorluq: DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb
Tarix: 14-06-2020, 13:02 | Çap et
Baş Prokurorluq: DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxsləri barədə cinayət işi başlanıb

Bəzi kütləvi informasiya vasitələrində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən Dövlət Sosial Müdafiə Fondunun (DSMF) Gəncə şəhər Kəpəz rayon şöbəsində guya əməliyyat tədbirləri keçirilməsi nəticəsində bir sıra vəzifəli şəxslərin saxlanılması ilə bağlı informasiyalar yayılıb.

Baş Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, DSMF-nin Gəncə şəhər Kəpəz rayon şöbəsinin vəzifəli şəxslərinin 2015-2017-ci illərdə yol verdikləri qanun pozuntuları barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanıb, hazırda iş üzrə intensiv istintaq-əməliyyat tədbirləri həyata keçirilir.

Cinayət işinin təfərrüatları barədə Baş Prokurorluğun Mətbuat xidməti tərəfindən ictimaiyyətə yaxın zamanda əlavə məlumat veriləcək.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net