“Dizenfeksiya üçün tək xlordan istifadə edilmir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Bakı şəhər İcra Hakimiyyəti başçısı Aparatının rəhbəri Elgin Həbibullayev bildirib.
E. Həbibullayev deyib ki, yollarda və liftlərlə fərqli dezinnfeksiya maddələrindən istifadə olunur: “Dezinfeksiya maddələrinin hansı səviyyədə və hansı dərəcədə istifadə edilməsi də müvafiq normalarla müəyyənləşir. Onu hansısa kommunal işçi müəyyənləşdirmir. Bu məsələlər ciddi nəzarətdə saxlanılır”.