Karantin günlərində apteklərdən dərmanlar pulsuz çatdırılacaq? - RƏSMİ
Tarix: 11-06-2020, 18:50 | Çap et
Karantin günlərində apteklərdən dərmanlar pulsuz çatdırılacaq? - RƏSMİ
“Qarşıdakı karantin günlərində aptek sahiblərinə dərmanların pulsuz çatdırılması tövsiyə olunur”.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu məqamdan sui-istifadə edilməməsi tövsiyə edilir:

“Gündəlik istifadə edilən dərmanların tədarükünün əvvəlcədən sifariş edilməsi məqsədəuyğundur. Amma bəzi təxirəsalınmaz hallarda dərmanlar çatdırıla bilər”.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net