İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
Tarix: 11-06-2020, 17:21 | Çap et
İyulun 1-dək beynəlxalq uçuşlar qadağandır - RƏSMİ
“Azərbaycana 1 iyul tarixinə qədər beynəlxalq uçuşlar qadağandır”.

Oxu.Az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktoru Arif Məmmədov məlumat verib.

O bildirib ki, karantin rejiminin tətbiqi müddətində yalnız yükdaşımalarına məhdudiyyət qoyulmayıb:

“Bu müddət ərzində Azərbaycan 10 ölkəyə humanitar yardım göstərib. Aprel-may aylarında çox az sayda çarter uçuşları həyata keçirilib. Bu reyslərlə 25 minə yaxın sərnişin daşınıb. Son 2-3 gün ərzində çarter reysləri ilə London və digər ölkələrdən Azərbaycan vətəndaşları vətənə gətirilib”.

O qeyd edib ki, Türkiyə, Qazaxıstan və Rusiyadan Azərbaycana reyslərin bərpası istiqamətində müraciətlər var.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net