Bakıda jurnalistlərin saldığı bağın ilk barı - FOTO
Tarix: 10-06-2020, 16:28 | Çap et
Bakıda jurnalistlərin saldığı bağın ilk barı - FOTO

Jurnalistlərin təşəbbüsü ilə Zığ şosesinin kənarında media əməkdaşları tərəfindən əkilən meyvə ağacları bar verib.

Oxu.Az-ın məlumatına görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova açıqlama verib.

“Artıq jurnalistlər əkdikləri ağacların məhsulundan dada bilərlər. Əkən əlləriniz var olsun!
İstədim ki, bağın ərsəyə gəlməsində zəhməti olanlar əkdikləri ağacların bəhrəsini görsünlər və bu ürəkaçan mənzərənin şahidi olsunlar”, - deyə o qeyd edib.

Xatırladaq ki, 10 mart 2019-cu ildə 100-dən çox media əməkdaşının iştirakı, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin dəstəyi ilə Bakıda jurnalistlər bağı salınıb, əraziyə damcılı suvarma sistemi çəkilib və bağa “Yaşıl qələm” adı verilib.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net