Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizi (TRASECA) üzrə Hökumətlərarası Komissiyanın Azərbaycan üzrə milli katibi Akif Mustafayev vəfat edib.
Bu barədə "APA-Economics" TRACECA Katibliyinə istinadən xəbər verir.
"Bu faciəli hadisə təkcə yaxın və əzizləri üçün deyil, həm də bütün TRACECA ailəsi üçün böyük itkidir", - məlumatda qeyd edilir.
Qeyd edək ki, A. Mustafayev ürək tutmasından həyatını dəyişib.