Bugünkü valyuta hərracında banklar 53 mln. dollar cəlb edib
Tarix: 9-06-2020, 12:48 | Çap et
Bugünkü valyuta hərracında banklar 53 mln. dollar cəlb edib
Bu gün Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilib.

"APA-Economics"in AMB-yə istinadən verdiyi xəbərə görə, hərracda tələb 52,7 mln. ABŞ dolları təşkil edib və tam təmin edilib. Beləliklə, sonuncu valyuta hərracında tələb əvvəlki hərracla (4 iyun 2020-ci il tarixində keçirilib – red.) müqayisədə 17,8% və ya 8 mln. dollar azalıb.

Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net