Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb
Tarix: 8-06-2020, 19:32 | Çap et
Bakıda karantin qaydalarını pozan qəlyanxana aşkarlanıb

Paytaxtın Nəsimi rayonunda Rayon Polis İdarəsinin əməkdaşları Mərdanov qardaşları küçəsində xüsusi karantin rejimi qaydalarını pozan qəlyanxana aşkarlayıblar.

APA-nın məlumatına görə, “Dadaşda” çay evində qaydalara zidd olaraq, qəlyan çəkilməsinə şərait yaradıldığı müəyyənləşib.

Nəticədə çay evinin sahibi və müştərilər saxlanılıb. Obyektin sahibi Emin Məmmədov 1500 manat, 5 müştərinin hər biri isə 100 manat məbləğində cərimələnib.







Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net