Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı məsələyə aydınlıq gətirib
Tarix: 5-06-2020, 12:42 | Çap et
Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı məsələyə aydınlıq gətirib

Təhsil Nazirliyi tədris ilinin sonu ilə bağlı məsələyə aydınlıq gətirib.

APA-nın məlumatına görə, Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib ki, Azərbaycan Respublikasının ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin dayandırılması barədə Nazirlər Kabinetinin 30 may tarixli Sərancamı 2019-2020-ci tədris ilinin sonunadək Azərbaycan ərazisində fəaliyyət göstərən bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılmasını və bununla bağlı bütün tədbirlərin təxirə salınmasını təsbit edir:

“Bu tarix də əvvəlki illərdə olduğu kimi, 14 iyun 2020-ci ilə təsadüf edir. Bir çox insanlar 2019-2020-ci tədris ilinin yekunu, yəni 14 iyun tarixini 2020-ci təqvim ilinin son tarixi ilə dəyişik salırlar”.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net