“Azərbaycan bu gün də koronavirusla mübarizədə nümunəvi ölkədir”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycan nümayəndəliyinin rəhbəri Hande Harmancı deyib.
O bildirib ki, koronavirusla mübarizədə ən yaxşı addımlardan biri Operativ Qərargahın yaradılmasıdır.
H. Harmancının sözlərinə görə, həftə sonu qapanma da nümunəvi bir addımdır.
ÜST-ün Azərbaycan nümayəndəliyinin rəhbəri qeyd edib ki, müntəzəm mətbuat konfranslarının keçirilməsi təqdirəlayiq haldır.