"Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" - Ramin Bayramlı
Tarix: 4-06-2020, 17:56 | Çap et
"Karantinin sərtləşdirilməsinin nəticəni 7-14 gün sonra görə bilərik" - Ramin Bayramlı
"Uzunmüddətli qadağalar xəstə sayının azalmasına səbəb ola bilər. Amma təcrübə göstərir ki, bundan sonra da əhalinin çoxsaylı yoluxma halları var".

"Report" xəbər verir ki, bunu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

O bildirib ki, qısamüddətli qapanmaların da effekti var:

"Amma bu, o demək deyil ki, sayda azalma mütləq olacaq. Nəticəni 7-14 gün sonra görə bilərik. İnsanlar da sərt rejimdən çıxandan sonra tələb olunan qaydalara riayət etməlidirlər ki, sayda azalma olsun".




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net