Qərargah: Tibbi maskaların tədarükü ilə bağlı Azərbaycanda hər hansı problem yoxdur
“Tibbi maskaların tədarükü ilə bağlı ölkəmizdə hər hansı problem yoxdur”.
APA-nın məlumatına görə, bunu bu gün Nazirlər Kabineti yanında Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında TƏBİB-in İdarə Heyətinin sədri Ramin Bayramlı deyib.
O qeyd edib ki, xarici dövlətlər Azərbaycandan tibbi maska alınması ilə bağlı sifarişlər verir: “Biz insanlara sadə tibbi maskalardan istifadə etməyi tövsiyə edirik. İnsanlar qaydalara uyğun evdə maska hazırlayıb istifadə edə bilərlər”.
Ramiz Mikayıloğlu