AMB: Xarici valyutada olan problemli kreditlərin həcmi azalıb
Tarix: 3-06-2020, 12:54 | Çap et
AMB: Xarici valyutada olan problemli kreditlərin həcmi azalıb
Azərbaycanda xarici valyutada olan vaxtı keçmiş kreditlərin həcmi aprel ayı ərzində 20% azalaraq mayın 1-nə 486,7 mln. manat təşkil edib.

"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir.

İlin əvvəli ilə müqayisədə isə bu kateqoriyadan olan kreditlərin həcmində 14,7% azalma qeydə alınıb.

AMB-nin məlumatına əsasən bu il mayın 1-nə maliyyə kredit təşkilatları tərəfindən verilən kreditlərin cəmi 15 146,8 mln. manat təşkil edib. Bunun isə 4 967,7 mln. manatı və ya 32,8%-i xarici valyutada verilmiş kreditlərdir.

Mayın 1-nə əsasən, cəmi kredit qoyuluşunun 1 232,4 mln. manatının və ya 8,1%-ni vaxtı keçmiş kreditlər təşkil edib. Bildirək ki, problemli kreditlərin isə 39,5%-i xarici valyutada olan kreditlərin payına düşüb.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net