Təhsil işçilərindən, məktəb və sinif rəhbərlərindən xahiş edirəm ki, Təhsil Nazirliyinin verdiyi təlimatları diqqətlə oxusunlar. XI siniflərin dərsliklərini qaytarması bu il iyunun 15-nə qədər davam etməlidir.
APA-nın məlumatına görə, bunu Təhsil Nazirliyinin şöbə müdirinin müavini, sektor müdiri Orxan Abbasov bildirib.
Onun sözlərinə görə, II-IV, VI-VIII, X siniflərdə bu proses 1-15 avqustda proses davam edəcək. I-V siniflərdə dərsliklərin qaytarılması 1-15 sentyabrda davam edəcək. İstənilən fiziki təmas prosesində Operativ Qərargahın qaydalarına əməl edilməlidir.