Dünya birjalarında neftin iyul fyuçersləri həftəni yuxarı qiymətlərlə tamamlayıb
Tarix: 30-05-2020, 09:24 | Çap et
Dünya birjalarında neftin iyul fyuçersləri həftəni yuxarı qiymətlərlə tamamlayıb

Dünya birjalarında neftin iyul fyuçersləri həftəni yuxarı qiymətlərlə tamamlayıb.

Oxu.az-ın məlumatına görə, “Brent” markalı neftin iyul fyuçerslərinin qiyməti 4.39 faiz artaraq, bir barel üçün 37.57 dollara bərabər olub.

WTI markalı neftin iyul fyuçers qiymətlərində də artım qeydə alınıb. Belə ki, bu markalı neftin qiyməti 4.78 faiz bahalaşaraq, bir barel üçün 35.31 dollara çatıb.

Növbəti alqı-satqı sessiyası bazar ertəsi keçiriləcək.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net