Bu il xaricdə daha 8 Azərbaycan evinin açılması planlaşdırılır
Tarix: 28-05-2020, 01:44 |
Çap et
Ötən il Almaniya, Macarıstan, İspaniya, İtaliya, Belçika, Polşa, Ukrayna, Gürcüstan və Türkiyədə yaşayan soydaşlarımız üçün Azərbaycan evləri yaradılaraq istifadəyə verilib.
"Report"un məlumatına görə, bu, Diasporla İş üzrə Dövlət Komitəsinin 2019-cu il üzrə hesabatında öz əksini tapıb.
Bildirilib ki, hazırda həmin istiqamətdə işlər davam edir.
Eyni zamanda, Almaniyada Azərbaycan evləri həm Berlində, həm də Köln şəhərində fəaliyyət göstərir. Bu il daha 8 evin açılması planlaşdırılır.