“Forbes”: Rusiyada üç ən zəngin varisdən ikisi azərbaycanlıdır
Tarix: 21-05-2020, 13:46 | Çap et
“Forbes”: Rusiyada üç ən zəngin varisdən ikisi azərbaycanlıdır

Rusiyanın “LUKoil” neft şirkətinin prezidenti Vahid Ələkbərovun yeganə oğlu Yusif Ələkbərov “Forbes”in siyahısına görə bu ölkənin ən zəngin varisi hesab edilib.

“Report” xəbər verir ki, Yusif Ələkbərova çatacaq varidat 18 milyard ABŞ dolları həcmindədir.

“Forbes”in ardıcıl olaraq 5 dəfədir dərc etdiyi bu siyahıda hər dəfə “LUKoil”in rəhbərinin oğlu birinci olub.

Həmçinin bu dəfəki siyahıda üçüncü pillədə də "Ural Metal Filiz" şirkətinin (UMMC) baş səhmdarı İsgəndər Mahmudovun oğlu qərarlaşıb. Bu gəncə çatacaq varidatın həcmi 9 milyard ABŞ dollarıdır.

Qeyd edək ki, bu ilki siyahıda dağıstanlı senator Süleyman Kərimovun da oğlu və iki qızı var.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net