Bakının Asəf Zeynallı küçəsində hərəkət qismən məhdudlaşdırılacaq
Tarix: 19-05-2020, 10:33 | Çap et
Bakının Asəf Zeynallı küçəsində hərəkət qismən məhdudlaşdırılacaq

Mayın 20-dən etibarən Binəqədi rayonu, Biləcəri qəsəbəsi Asəf Zeynallı küçəsində təmir-tikinti işlərinə start verilir.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən APA-ya bildirilib ki, təmir işləri aparılan müddət ərzində sözügedən küçə ilə avtonəqliyyat vasitələrinin hərəkəti hissə-hissə qismən məhdudlaşdırılacaq.

Sürücülərdən sözügedən küçə ilə hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarının tələblərini və yol hərəkəti qaydalarına riayət etmələri xahiş olunur.




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net