Bu Vətən hamımızındır!
Tarix: 7-07-2018, 07:39 | Çap et
Bu Vətən hamımızındır!
Belə bir el məsəli var: Görünən dağ bələdçi istəməz.Bunu hazırda sosial şəbəkələrdə Gəncənin icra başçısı Elmar Vəliyevə qarşı silahlı basqına yazılan şərhləri oxuduqca söyləyirəm. Elmar Vəliyevin rəhbərlik bacarığı, insanlarla rəftarı, və s. haqqında onu ancaq yaxından taniyanlar fikir söyləyə bilərlər. Yoxsa hər yerindən duran, vətən anlayışı olmayanlar özündən əvvəl söyləmiş qərəzli fikirləri təkrar edə-edə cəmiyyətdə bir çaşqınlıq yaratmağa cəhd gösdərirlər.

Əlinizi vicdaninizin üstünə qoyun və etiraf edin ki, bir terrorçunun açdığı atəş dövlətçiliyimizə qəsd kimi dəyərləndirilməlidir. Amma unutmaq olmaz ki, bu ölkədə sabitlik elə möhkəm əsaslara söykənib ki, onu heç kim sarsıda bilməz.

Sonda Allahdan Elmar Vəliyevə can sağlığı arzulayaraq bir qocaman müəllim kimi hər birimizi bir olmağa, yumruq kimi möhkəm olaraq eyni məqsəd- Azərbaycanımızın taleyi üçün məsuliyyət hissimizi itirməməyə səsləyirəm.

Səyyad Məmmədov
Yevlax Şəhər sakini
Vertikal.Az





Xəbərlər
 
 
 
02-05-2024 13:15
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net