"Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq"
Tarix: 24-01-2018, 06:36 | Çap et
"Güman ki, Qarabağ münaqişəsi ətrafında danışıqlara apreldə yenidən başlayacağıq"
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Alt Komitəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı aparılan müzakirələrdə fasilə yaranmasının səbəbi açıqlanıb.

Bununla bağlı AŞPA-nın Avropa Şurası ölkələri arasında münaqişələr üzrə Alt Komitəsinin sədri Stefan Şennak "Report"un Qərbi Avropa bürosuna açıqlama verib.

"Avropa Şurası Parlament Assambleyasının Alt Komitəsi çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin həlli üçün aparılan müzakirələrdə hələlik fasilə yaranıb. Yaxın aylarda Dağlıq Qarabağ münaqişəsi gündəlikdə deyil. Buna səbəb Alt Komitənin Dnestryanı münaqişəsi ilə sıx və fəal şəkildə məşğul olmasıdır. Dnestryanı münaqişəsi ətrafında intensiv müzakirələr 3 ildir aparılır və bu münaqişənin həlli istiqamətində uğurlarımız var. Məqsədimiz işimizi axıra çatdırmaqdır. Hələlik digər münaqişələr gündəlikdə deyil. Lakin, çox güman ki, aprel ayında Dağlıq Qarabağ münaqişəsi ətrafında danışıqlara yenidən başlayacağıq" - S.Şennak bildirib.





Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net