Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tarix: 18-10-2016, 07:46 | Çap et
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Oktyabrın 17-də rayon Mədəniyyət Mərkəzində Mədəniyyət və Turizm Nazirliyinin, Tərtər rayon İcra Hakimiyyəti və Mədəniyyət və Turizm şöbəsinin təşkilatçılığı ilə 18 oktyabr-Müstəqillik gününə həsr olunmuş konsert olmuşdur.

Konsertdən öncə tədbir iştirakçıları Ulu Öndərin abidəsinin önünə gül-çiçək dəstələri qoyaraq xatirəsini ehtiramla yad etmişlər.

Konsertdə Bakı şəhərindən qonaq gəlmiş incəsənət ustaları, xalq və əməkdar artistlər iştirak etmişlər. Tamaşaçılar Xalq artistləri Simarə İmanovanın, Cəmilə Bayramovanın, Əməkdar artistlər Zakir Əliyevin, Nüşabə Ələsgərlinin, aşıq Solmaz Kosayevanın ifalarını alqışlarla qarşılamışlar.

Vertikal.az-ın məlumatına görə, tədbirin sonunda rayon icra hakimiyyətinin başçısı M.Məmmədov tədbir iştirakçılarını 18 oktyabr-Müstəqillik günü münasibəti ilə təbrik etmiş, Mədəniyyət və Turizm Nazirliyinə və incəsənət ustalarına öz təşəkkürünü bildirmişdir.

Sonda xatirə şəkli çəkilmişdir.


Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert
Tərtərdə Müstəqillik gününə həsr edilmiş konsert




Xəbərlər
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

Vertikal.az © 2015
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail : [email protected]
Designed by Daraaz.net